Komitə sədri:"Azərbaycan qadını ailə dəyərlərinə xüsusi qiymət verir"
"Bu gün Azərbaycan qadını müasir, dünyəvi, güclü peşə sahibi olan, o cümlədən də ailə dəyərlərinə xüsusi qiymət verən xanımdır". SİA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti Azərbaycanda gündən-günə güclənir: "Biz də çalışırıq ki, xanımlarımız ictimaiyyətin bütün sahələrində fəaliyyət göstərsinlər, o cümlədən onların cəmiyyətə fəaliyyəti artırılsın. Hər bir Azərbaycan xanımı diqqətli olmalı, öz ailə dəyərlərini qoruyub saxlamalıdır. Bu, hər bir Azərbaycan qadının ümumi məsələləri içərisində öndə duran məsələdir".
Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycan qadını üçün ailə modelinin qorunub saxlanması ən vacib məsələlərdən biridir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB