Gəncə şəhərinin içməli su ilə təminatı ilə bağlı aparılan işlərin artıq 90% yekunlaşıb. Almaniya İnkişaf Bankı ilə Azərbaycan hökumətinin birgə layihəsi əsasında görülən işlər çərçivəsində əhalinin təmiz su ilə ilə təchizatı ilə yanaşı su itkisinin qarşısınıda almaq mümkün olacaq. 5 mərhələdən ibarət olan layihənin artıq əsas hissəsi yekunlaşıb. Türkiyə şirkətinin həyata keçirdiyi layihə çərçivəsində ölkənin ikinci böyük şəhərinə su ötürücü qurğularının yenidən qurulması işləri həyata keçirilib. Su və kanalizasiya xəttlərinin yenilənməsi ilə bərabər şəhər daxilində də su xəttlərinin əvəzlənməsi nəzərdə tutulur. Artıq ərazidə ümumi həcmi 5 min kub metr olan su anbarının tikintisi tam yekunlaşıb. Bundan əlavə xlorlaşdırma anbarı da tikilərək hazır vəziyyətə gətirilib. Layihənin koordinatoru Haluk Cansunun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, layihənin tam həyata keçirilməsindən sonra Gəncənin 300 illik su problemi tam aradan qaldırılacaq.
Artıq layihənin 90% yerinə yetirilib. Hazırda son tamamlanma tədbirləri aparılır. İşlərin cari ilin yaz və yaxud yay ayına kimi yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, layihənin icrası üçün 125 mln manat vəsait ayrılacaq. Artıq 63 mln manat vəsait ayrılıb. Hazırda Gəncə şəhərində 65 % su sisteminə qoşulub. Bunlardan 35% isə şəxsi quyulardan istifadə edir. Bu gün ölkənin ikinci böyük şəhərində su itkisi 50% təşkil edir.

İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə