"Dünən Milli Məclisdə "Topaz"la bağlı müzakirələr oldu. Vaxt qısa olduğundan məsələyə epizodik olaraq toxundum. Əslində İdman qumarı dünyanın hər yerində böyük gəlir gətirən biznesə çevrilib". SİA-nın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa parlamentin dünənki plenar iclasında "Topaz" bukmeker kontorlarının fəaliyyətinin tənqid edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Topaz"dan əvvəl belə pul oyunları mövcud olub: "Azərbaycanda uzun illərdir bu, gizli şəkildə mövcud idi və yığılan vəsaitdən Dövlət Büdcəsinə heç nə daxil olmurdu. Hökumət bunu leqallaşdırmağı təklif etdi və Milli Məclis də qanunvericilik yolu ilə tənzimlədi. Əks halda bu pullar başqa ölkələrin bazarlarına yönələcəkdi. Artıq bu vəsaitlərin əhəmiyyətli hissəsi Dövlət Büdcəsinə və İdman təşkilatlarına gəlib çatır. Mən qumarın bütün variantlarının əleyhinə olsam da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edirəm".
"Bu yerləri bağlamaqla yenidən hər şeyin qara bazara dönməsinə şərait yaradıla bilər. Sadəcə burada proqnozlarda iştirak edənlər üçün 18 yaşdan yuxarı yaş məhduddiyyətinin olması normaldır. Bəzi məsuliyyətsiz insanlar bu prosesde ailəsinin son qəpiyini uduzaraq müflisləşib acınacaqlı duruma düşürlər. Bu kateqoriyadan olan insanların da belə fəaliyyətlərdən çəkindirilməsi üçün təbliğat işləri gücləndirilməlidir",- deyə millət vəkili fikirlərinə əlavə edib.
Fazil Mustafa həmçinin qeyd edib ki, qumarın bütün növləri əslində zərərli və haramdır: "Ancaq dünyanın bir bəlası olduğundan, məsələni qanunvericilikdən kənarda saxlayanda daha ciddi problemlər yaradır. Sadəcə yollar düşünmək lazım ki, bu yanlış vərdişə qurşanmış insanlara daha az zərər vermiş olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB