Gəncənin nəqliyyat sistemində yaranan problemlərin həlli ilə bağlı geniş müşavirə keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevin qatıldığı müşavirədə nəqliyyat sektorunda qeydə alınan bəzi məsəllər geniş müzakirə olunub. O, bildirib ki, bu sahədə nizam-intizamın artırılması, sərnişin daşıyan avtomobillərin işləmə qrafiki, dayanacaqlardan düzgün istifadə məsələləri gündəmdə olub. İcra Aparatının rəhbəri Elmar Vəliyev bəzi problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verib: "Bundan sonra sərnişin daşıyan avtobusların sürücüləri vahid formaya keçsin. Bundan əlavə, nəqliyyat vasitələrində anti-sanitar hallar aradan qaldırılsın".
İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB