Bu gün Suraxanı rayon Zığ qəsəbəsinin 317 nömrəli tam orta məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı şəhəri üzrə təhsil idarəsinin məsləhətçisi Elşad Məmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzinin Xətai-Suraxanı bölməsinin müdiri Firduz Əhmədov, məktəbin direktoru Əliqismət Səfərov, müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əliqismət Səfərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. O bildirib ki, Azərbaycan qadını özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə hər zaman seçilib: "Şərqda ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilib. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapıb".
Daha sonra məktəb şagirdləri bayram münasibətilə müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər və mahnılar səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB