Son günlərdə bəzi kütləvi informasiya vasitələrində guya Goranboy rayonunda aksiyaların keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verilib. SİA-ya Rayon İcra Hakimiyyətindən verilən xəbərdə bildirilir ki, rayonda heç bir aksiya keçirilməyib. Şəhərdə aparılan tikinti-quruculq işlərində iştirak edən bir qrup fəhlə gördükləri işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Məlumatda deyilir ki, Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş "Fəqan-Xidmət" MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar "Fəqan-Xidmət" MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olub ki, digər 4 sahibkar briqadası ilə yanaşı Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tamamilə ödənilib. Lakin nədənsə digər briqadalırn işçilərinə əmək haqqı ödənildiyi halda, M.Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də Rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M.Verdiyevə ödənilib, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, əgər müraciətləri təmin olunmasa hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər.
Əlavə məlumat üçün bildiririk ki, M.Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərir. Yuxarıda qeyd edilən hadisə də bu cəhdlərin tərkib hissəsidir.
Rayonda vəziyyət tam sabitdir. Bu sahədə hüquq mühafizə orqanları ilə əlaqəli iş aparılır, aparılan işlər ciddi nəzarətdə saxlanılır.
Əlavə olaraq bir daha qeyd edirik ki, rayonda tam sabitlikdir, heç bir aksiya keçirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB