Lənkəranda uzun illər öncə unudulmuş və deyərdik ki, bələkə heç vaxt olmayan bir tədbir keçirilib. Belə ki Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun tapşırığı ilə Lənkəran şəhərinin "Vağzal meydanı" adlanan ərazisində İlaxır çərşənbələrdən olan "Od çərşənbəsi" xüsusi bayram tədbirləri ilə qeyd olunub.
"Vağzal meydanı"nda qurulmuş, özündə tarixiliyimizi yaşadan, adət ənələrimizi təcəssüm etdirən alovun, çərşənbə tonqalının ətrafında Lənkəranın sənət adamları, o cümlədən Novruz personajları - kosa və keçəl çıxış edib. Tədbirin əsas hissəsində meydana Dədə Qorqud təşrif buyurub. O xalqımızı ilaxır çərşənbələrdən olan od çərşənbəsi münasibətilə təbrik edib.
Tədbirin əsas özəlliyi ondadır ki, uzun illər idi Lənkəranda insanlar üçün belə möhtəşəm tədbir təşkil olunmurdu, bu möhtəşəmliyin əsas səbəbi də o idi ki, tədbirin başlama saatına qədər insanların bu tədbirdən xəbərləri yox idi və beləliklə, surpriz şəkildə hazırlanan bu tədbirə qısa vaxt ərzində yüzlərlə şəhər sakini toplaşıb.
Tədbirdə Lənkəran Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Adminstrasiyasının nümayəndəsi Vəfadar Bagırov, rayon içtimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar iştirak edib. Tədbir çərşənbə tonqalının ətrafında dövrə vuran gənclərin tonqal üstündən atlanması ilə başa çatıb.
Məlumat üçün bildirək ki, Novruz bayramı ilə əlaqədar olaraq Lənkəranda yarmarka və eyni zamanda daha möhtəşəm bayram tədbiri planlaşdırılır.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB