Ölkədə ana və uşaq ölümü azalıb

Ölkədə ana və uşaq ölümü azalıb

Azərbaycanda ana və uşaq ölümü azalıb. SİA-nın xəbərinə görə, Azərbaycan hökumətinin 2012-ci il üçün parlamentə təqdim etdiyi illik hesabatında bu məlumat öz əksini tapıb. Hesabatda qeyd olunub ki, son 10 ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 19-a qalxıb, ölüm isə 6-dan 5,3-ə düşüb. Təbii artım 7,9-dan 13-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Həmçinin hesabatda göstərilib ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlıq göstəricilərində müsbət dinamika müşahidə olunub. Əgər 2003-cü ildə ölkədə körpə ölümü göstəricisi 16,7 promilli idisə, ötən il bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı isə 2003-cü illə müqayisədə 18,5-dən 14,9-a enib.

Bütün xəbərlər Facebook səhifəmizdə