Aydın Mirzəzadə tələbələrlə görüşdü

Aydın Mirzəzadə tələbələrlə görüşdü

Son vaxtlar mediada hansı millət vəkilinin daha aktiv olduğu, həm Milli Məslisdə, həm seçildiyi ərazidə, həm də çalışdığı sahədə fəaliyyəti müzakirə olunmaqdadır. Sizcə, hansı millət vəkili daha aktivdir?

SİA-nın araşdırmasına görə, bu siyahı uzun olmasa da, aktiv millət vəkillərimiz də az deyil. Onlardan biri - Mingəçevirdən millət vəkili seçilmiş Aydın Mirzəzadə ilə səhər tezdən, işə başlayar-başlamaz əlaqə saxladıq. "Bugünkü planlarınız" sualına millət vəkili Aydın Mirzəzadə: "Dərs dediyim tələbələrimin yanına gedirəm. Mağistraturaya imtahanın birinci mərhələsinin nəticəsini onlarla müzakirə etmək istəyirəm", - deyə cavab verdi.

Əlavə etdi ki, payiz sessiyasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisasının IV kursuna dərs demişəm (həm azırbaycan, həm rus sektoru). Buradan bir çoxları ilə indi də facsbook-da yazışırıq: "Dünən bir çoxu facebook-da yazaraq magistraturaya qəbul imtahanlarının birinci mərhələsindən keçdiklərini bildirdilər. Hələ ki, orta qiymət 70-dir. Bu gün Akademiyaya gedib onlarla söhbət etmək istəyirəm. Azərbaycan qrupunun dərsi 10-cu auditoriyadadır. Birinci dərs bitəndə həmin auditoriyanın qarşısında olacağam. Bilirəm ki, bu yazını bəzi tələbələrim dərsdə telefon vasitəsilə gizlicə fasebooka daxil olub oxuyacaqlar. Xüsusən də pəncərə yanında və arxada oturanlar. Nə edim, bu dərsə mən cavabdeh deyiləm. Ayaqüstü söhbətə rus sektoru da dəvət edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə