Qubada Azərbaycan Qadınlarının 4-cü Qurultayına hazırlıq çərçivəsində keçirilən konfransda Ailə qadın uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynov, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və rayonun ictimai siyasi həyatında fəal təmsil olunan qadınlar iştirak edib. Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Rayonda qadınların fəallığının artırılması istiqamətində mütamadi işlərin həyata keçirildiyini bildirib.
O qeyd edib ki, hazırda Qubanın ictimai siyasi həyatında qadınların rolu böyükdür. Qeyd edilib ki, hazırda Quba rayon rayon əhalisinin 78 min 500 nəfərini qadınlar təşkil edir. Qadınların 19 min 200 nəfəri şəhər və qəsəbələrdə, 59 min 300 nəfəri isə kəndlərdə yaşayır. Rayonda 10-a yaxın qadın sahibkar var. 2000-ə yaxın qadın təhsil sahəsində çalışır ki, onlardan da 23 nəfəri məktəb direktoru, 13 nəfəri isə bağça müdirləridir. 395 nəfər qadın səhiyyə, 352 nəfər isə mədəniyyət müəssisələrində çalışır. Qubada fəaliyyət göstərən 38 bələdiyyənin tərkibində 104 nəfər qadın vardır ki, onların da 1-i bələdiyyə sədri, 14-ü isə bələdiyyə sədrinin müavinidir. Rayon üzrə 217 nəfər qız və qadın idmançı var.
Tədbirin sonunda prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB