Faktiki hava...

Ötən günün ikinci yarısından başlayaraq bu gün səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 26.0 mm, Ağstafada 12.0 mm, Rvarudda (Lerik) 8.0 mm, Gədəbəy, Göygöl, Ağdərədə (Ordubad) 6.0 mm, Kişçay (Şəki), Mərəzə, Şəkidə 5.0 mm, Gəncə, Ceyrançöl, Tovuzda 4.0 mm, Naxçıvan, Daşkəsən, Oğuz, Şamaxı, Mingəçevirdə 3.0 mm, Quba, Yardımlı, Sabirabad, Şahbuz, Culfada 2.0 mm, Tərtər, Yevlax, İmişli, Kürdəmir, Cəfərxan, Qazıməmməd, Neftçala, Lənkəran, Astara, Göytəpə, Şərur, Ordubad, Naftalan, Şəmkir, Xaçmazda, eləcə də Bakıda və Abşeron yarımadasında 0.0-1.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda 26 sm, Ağdərədə 12 sm təşkil edib.

Küləyin sürəti: Qərb küləyi Naftalanda 30 m/s, Bərdədə 27 m/s, Daşkəsəndə 25 m/s, Tərtərdə 24 m/s, Xaçmaz, Göytəpə, Lənkəranda 20 m/s, Altıağacda 19 m/s, Yevlaxda 16 m/s təşkil etmiş, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 19-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə