Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı yenidən tikilicək. Bu barədə SİA-nın bölgə müxbirinə teatrın direktoru Əli Qasımov məlumat verib. Onun sözlərinə görə, daha öncə teatrın yeni binasının inşası üçün başqa ərazi ayrılsa da bu gün teatrın indiki yerində tikintisi razılaşdırılıb: "Hazırda tikintisi davam edən Gəncə Dövlət Filarmoniyasının ardından Dövlət Dram Teatrı üçün də daha müasir binanın inşası nəzərədə tutulub. Artıq bu barədə şəhər İcra Hakimiyyətindən rəsmi açıqlama gəlib. Daha öncə binanın başqa ərazidə tikilməsi nəzərdə tutlasa da sonradan qərara alındı ki, bina indiki yerində yenidən inşa olunsun".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB