"Bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən "TOPAZ"ı müzakirə etmək əvəzinə, "qara bazar"la mübarizə aparmalıyıq". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov verib.
Nazir bu gün Milli Məclisdə "TOPAZ"ın ünvanına səslənən tənqidi fikirlərə münasibətini açıqlayıb. O bildirb ki, "TOPAZ" tam şəffafdır və idmanın inkişafına xidmət edir: "Bu gün "TOPAZ"ın dövriyyəsindən 4,2% vəsait "Azəridmanservis" dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30%-i AFFA-nın, 70%-i digər idman növlərinə paylanır. Bu, birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir. Bu maliyyə dünyada və Avropanın bir çox ölkələrində müxtəlif totalizatorlardan nazirliklərə, komitələrə daxil olur və idmanın inkişafına sərf olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB