Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, Gəncə Dövlət Universiteti (GDU) Ərazi ilk partiya Təşkilatında bir qrup gəncə partiya vəsiqələri təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri professor İsrafil İsmayılov, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev, YAP Gəncə şəhər Təşkilatını Şura üzvləri və universitetinin bir qrup professor - müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor Yadigar Əliyev Yeni Azərbaycan Partiyasının yaranması tarixindən danışıb, partiyanın respublikamızın ictimai-siyasi həyatındakı yerindən və rolundan bəhs edib. Rektor bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubleyində tarixi çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanda deyil, eyni zamanda Qafqazda ən böyük siyasi partiyadır.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında müstəsna xidmətlərindən və şəhər sakinlərinin, xususilə gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayaraq, qarşıdakı dövrdə də daha fəal olmalarını, Heydər Əliyev idealarına sadiqliklərini təhsildə, elmdə əldə etdiyi nailiyyətlərlə sübuta yetirmələrini önə çəkib. Sədr YAP-ın 20 illik fəaliyyəti haqqında geniş məruzə edib, eyni zamanda Partiyamızın öncül təşkilatlarından biri olan Gəncə şəhər Təşkilatının fəaliyyətindən bəhs edib. O, həmçinin bu gün Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən geniş miqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri haqqında geniş məlumat verib.
Tədbirdə Gəncə Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov çıxış edərək bildirib ki, Gəncə Dövlət Universitetinin kollektivi və tələbə gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiq olub və bu gün də sadiqdirlər. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dinamik olaraq inkişaf edir, iqtisadi, hərbi və siyasi cəhətdən günü-gündən qüvvətlənir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası iqtisadi inkişafına görə dünya ölkələri arasında 46-cı yerdədir.
Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş 100-dən çox gəncə partiya vəsiqələrini təqdim edib və gəncləri bu münasibətlə Şəhər Təşkilatı İdarə Heyəti Adından təbrik edib. O, gənclərimizə fəal olmağı, cəmiyyətimizdə baş verən bütün proseslərə obyektiv yanaşmağı, əsl vətənpərvərlik nümayiş etdirməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB