Ermənistanın "Joxovurd" qəzeti fevralın 18-də keçirilmiş və Sarkisyanın "qələbəsi" ilə başa çatmış prezident seçkiləri ilə bağlı maraqlı faktları açıqlayıb. SİA-nın həmin qəzetə istinadən verdiyi məlumata görə, həmişə siyasi hadisələrə passiv reaksiyası ilə diqqətdən kənarda qalan ucqar kəndlər indiki seçkilərdə nədənsə aktivlik nümayiş etdiriblər. Hakimiyyətin yerli strukturları seçicilərin 95 faizini Sarkisyanın lehinə səs verməyə "inandıra" biliblər.
Hakimiyyətdə təmsil olunanların doğulduğu bölgələrdə icra strukturlarının nümayəndələri daha çirkli üsullarla seçicilərin səslərini oğurlayıblar. Parlamentin sədri Ovik Abramyanın doğma kəndində 3688 seçicinin 3017-si seçkilərdə iştirak edib. Qutulardan çıxan bülletenlərin 2899-da Sarkisyanın adı göstərilib.
İndiki prezident Serj Sarkisyanın doğulduğu Teq (erməni mətbuatı kəndin adını belə yazıb) kəndində 879 seçicidən 831 nəfər səsvermədə iştirak edib. Onlardan 812-si Sarkisyanın lehinə səs verib.
Serj Sarkisyanın kəndi ilə bağlı verilən məlumat maraqlı olduğu üçün bunun üzərində bir az dayanmalı olacağıq. Məlumdur ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan əslən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəndir. Erməni qəzetinin məlumatında "Sarkisyanın döğma kəndi" ifadəsi işlədilir. Belə çıxır ki, Ermənistanda keçirilən prezident seçkilərində Dağlıq Qarabağın erməni əhalisi də iştirak edib. Bu isə beynəlxalq normalara, prezident seçkilərinin keçirilmə formatına uyğun deyil. Görünür, Ermənistan rəhbərliyi bütün sivil qanunları qulaqardına vurduğu kimi seçki prosedurunu da kobud şəkildə pozub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB