Millət vəkilinin bəzi təklifləri var

Millət vəkilinin bəzi təklifləri var

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (ombdsman) illik hesabatının müzakirəsi zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, hesabatla yaxından tanışdır və səs verəcək.

SİA-nın məlumatına görə, o, Ombusdman Aparatı tərəfindən kifayət qədər işlər görüldüyünü qeyd edib: "Amma bəzi təkliflərim var ki, növbəti hesabatda bu nəzərə alınsın. Ombusdman ilə bağlı qanuna görə insan hüquqlarını poza və müvəkkilin tələbləri ilə razılaşmayan dövlət və yerli özünü idarəetmə orqanlarının vəzifəli şəxslərinin adları çəkilir, onlarla bağlı görülmüş tədbirlər barədə hesabatda məlumat verilir. Amma indi verilmədi və təklif edirəm növbəti hesabatda bu nəzərə alınsın".

Bütün xəbərlər Facebook səhifəmizdə