Milli Məclisdə Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkil (Ombudsmanın) Elmira Süleymanova çıxış edib.
E.Süleymanova bildirib ki, 2012-ci ildə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 12470 müraciət daxil olub. Müraciətlərin 79,6 faizi şikayətlərdən, 20,3 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarət olub. Ötən il vətəndaşların Ombudsmana şikayətləri daha çox mülkiyyət hüququ (2287 müraciət), hüquq və azadlıqların məhkəmə təminatı hüququ (1643 müraciət), sosial təminat hüququ (1045 müraciət), müraciət etmək hüququ (906 müraciət) və əmək hüququ (887 müraciət) ilə bağlı olub.
Şikayətlərdə həmçinin qeydiyyat və notariat orqanlarında, bələdiyyələrdə, mənzil-istismar sahələrində və yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində, səhiyyə müəssisələrində, xüsusilə doğum evlərində, cərrahi müdaxilə ilə müşayiət olunan müalicə prosesində, orta məktəblərdə, uşaq bağçalarında, ali və orta ixtisas müəssisələrində, daşınmaz əmlakın dövlət reyestri xidmətində, tibbi-sosial ekspert komissiyalarında, ünvanlı sosial yardımların təyin olunması, şəxsiyyət vəsiqələrinin və digər zəruri sənədlərin verilməsi, özbaşına tikililərin aparılması zamanı korrupsiya hallarına yol verilməsi öz əksini tapıb.
Ötən il Ombudsmana daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilib, onlardan 65,2 faizi təmin olunub. Keçən il Azərbaycanda 40 məhkum əfv olunub. Ümumilikdə 2012-ci ildə ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib.
E.Süleymanova qeyd edib ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı ombudsmana 1833 müraciət daxil olub.
İllik hesabatdan sonra millət vəkillərinin müzakirələri başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB