“Ulduzlar Liqasını qarşılayın” ilin ən yaxşı reklam çarxı seçilib

“Ulduzlar Liqasını qarşılayın” ilin ən yaxşı reklam çarxı seçilib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən hazırlanan reklam çarxı Mak.az online marketinq jurnalı tərəfindən keçirilən və artıq ənənəyə çevrilən "İlin ən yaxşı TV reklam çarxı" müsabiqəsinin qalibi seçilib. Mançester Yunayted ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn "Ulduzlar liqasını qarşılayın" reklam çarxı jurnalın ekspertlər qrupu tərəfindən və onlayn səsvermənin nəticələri ilə qalib seçilib.

Builki müsabiqənin iştirakçılarının sayı keçən ilkinə nisbətən bir qədər az olsa da, ilk yer uğrunda mübarizə gərgin olub. İki mərhələli səsvermə nəticəsində seçilən qalib çarx xallarının yarısını sosial mediadan toplanan oxucu səsləri, yarısını isə ekspertlərin rəyi əsasında toplayıb. Təqdim olunan reklam işlərinin yaradıcılarının müəyyən hissəsinin ekspertlər siyahısına da düşməsi səbəbilə onlardan öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. Ekspertlər səsvermə zamanı kreativlik, istehsalat keyfiyyəti, effektivlik və sosial rəyi əsas 4 meyar kimi götürərək müsabiqənin qalibini seçdilər. Bakcell-in "Ulduzlar Liqasını " reklam çarxı qeyd olunan meyarlara tam cavab verərək sosial media və ekspertlərin verdikləri toplam 21 xalla birinci yerin qalibi olub.

Qeyd etmək lazımdır ki, dünyaca ünlü "Mançester Yunayted" futbol komandası ilə tərəfdaşlıq müqaviləsini imzalayan Bakcell şirkəti Yunayted oyunçularını öz reklam çarxlarında çəkməklə Azərbaycan reklam bazarında daha bir yeniliyə imza atıb.

Mançester Yunayted ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayan Bakcell şirkəti MDB məkanında daha bir ilkə imza atdı. Mançester Yunayted ilə telekommunikasiya partnyorluğu statusunu əldə etməklə yanaşı Bakcell futbola etdiyi yatırımlarla dünyanın bir nömrəli idman növünü azərbaycanlılara bir qədər də yaxınlaşdırdı.

"Ulduzlar Liqasını Qarşılayın" – reklam çarxında çəkilən Mançester Yunayted-in ulduz futbolçuları Rio Ferdinand, Rayan Giggs, Patris Evra və digərləri Bakcell-in müştəri xidmətləri əməkdaşları kimi çıxış etməklə, həm öz azarkeşləri, həm də Bakcell abunəçiləri qarşısında yeni simada çıxış etdilər.

Kreativlik və istehsalat keyfiyyəti baxımından yüksək səviyyədə işlənən reklam çarxı düzgün planlaşdırılmış və çox effektiv tizer mərhələsinin də hesabına cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu.

Qeyd edək ki, artıq 5-ci ildir ki, təşkil olunan və Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədi güdən bu layihənin keçən ilki qalibi də "Sür@ hədlərini aşaraq" adlı reklam çarxıyla məhz Bakcell şirkəti olmuşdu.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə