Milli Məclisin bugünkü plenar iclasında deputat Məlahət İbrahimqızı "Topaz" bukmeker kontorlarının fəaliyyətini tənqid edib. SİA-nın məlumatına görə, deputat "Topaz"ın fəaliyyəti ilə bağlı ona müraciətlərin daxil olduğunu deyib: "Təkcə Nəsimi rayonundan 13 nəfər qadın müraciət edib. Rayonlardan da müraciətlər olur. Guya ki, belə oyunlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Ancaq xüsusi olaraq qeyd edim ki, vətəndaşlarımız orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri oradan yığmaq olmur".
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, "Topaz" qumarxana deyil: "Həm də idmanın inkişafına yönəlmiş bir məsələdir. Amma müraciətləri araşdırarıq ki, görək nə məsələdir".
Deputat Fazil Mustafa isə deyib ki, adamların "Topaz"a getməməsi üçün sadəcə maarifləndirmə işləri aparmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB