Bu gün hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB