Ələt-Astara magistralı yolunda körpü uçub YENİLƏNİB

Ələt-Astara magistralı yolunda körpü uçub YENİLƏNİB

Cəlilabadda 6 rayonu birləşdirən ölkə əhəmiyyətli körpü uçaraq dağılıb. Hadisə Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində rayonunun mərkəzində qeydə alınıb. Eləcə də Avrasiyanı birləşdirən beynəlxalq əhəmiyətli rabitə xətti sıradan çıxıb.Şəhərin mərkəzindən keçən Mişar çayı üzərindəki körpü yük maşınının ağırlığına tab gətirməyərək uçularaq dağııb.

Qeyd edək ki, uzunluğu 140 metr olan körpü 1964-cü ildə istifadəyə verilib. 12 il bundan öncə körpünün bir dirəyi qəzalı vəziyyətdə olduğundan dəyişdirilib.

O vaxtdan bu günə kimi körpü bir dəfə də olsun əsaslı təmir edilməyib. Nəticədə istismar müddəti başa çatdığından qəzalı vəziyyətə düşüb. Qəza baş verən kimi hadisə yerinə rayon rəhbərliyi, fövqəladə hallar komissiyasının və digər qurumun nümayəndələri gəlib.

Tıxacların qarşısını almaq mqsədilə hadisə yerinə kifayət qədər müxtəlif təyinatlı texnika cəlb edilib. Qısa müddətdə minik maşınların hərəkətini bərpa etmək üçün alternativ yol çəkilib.

Yük maşınlarının hərəkətini bərpa etmək məqsədilə körpünün yaxınlığında Mişar çayının üzərində beton borular qoymaqla alternativ yol çəkilişi davam etdirilir. Bununla yanaşı beynəlxalq rabitə xətti də bərba edilir. Hələlik körpünün nə vaxta kimi yenidən qurulub bərpa olunacağı dəqiq bilinmir.

SİA-nın müxbirinin bu dəqiqələrdə verdiyi məlumata görə, çəkilmiş alternativ yoldan istifadə etmək palçıq səbəbindən mümkün olmadığından yüngül maşınlar yolda qalıb. Bu da uzun tıxacın yaranmasına səbəb olub. Hazırda 200-ə qədər maşın yolun həmin hissəsində yaranmış tıxacı keçməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə