Sədərək, Laçın və Kəlbəcər rayonlarına yeni başçı təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb
Sədərək, Laçın və Kəlbəcər rayonlarına yeni başçı təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Abbasqulu Cəfərqulu oğlu Abbasov Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Bundan əvvəl həmin vəzifəni tutan Ramiz Məhərrəm oğlu Cəbrayılov isə azad edilib.

Başqa bir sərəncamla Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Vidadi Məhərrəm oğlu Məhərrəmov isə həmin vəzifədən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə