Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb
Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edildi

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi"nin 5.5 - 5.7-ci bəndlərinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilsinlər:

dövlət orqanlarından:

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından:

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri

Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə