"Cəmiyyətdə qadınların rolu" mövzusunda Şəmkir rayon qadınlar şurasının növbəti konfransı yüksək işgüzarlıq və fəallıq şəraitində keçirilib.
SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Fəxrəddin Vəliyev " Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə" mövzusu ilə çıxış edib.
F.Vəliyev bildirib ki, Azərbaycan qadını öz mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında çox böyük rol oynayıb: "Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Görünür elə bu səbəbdəndir ki, indiyədək qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə gender bərabərliyi, xüsusilə siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində bərabər iştirak imkanları ilə bağlı müxtəlif müddəalar öz əksini tapıb. Bu heç də təsadüfü deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər".
Daha sonra konfransda çıxış edən Şəmkir rayon Qadınlar Şurasının sədri Nəzixə Zeynalova bildirib ki, ölkə üzrə hazırda ümumtəhsil müəssisələrində müəllimlərin 76 faizi, kolleclərdə 73 faizi, ali məktəblərdə 48 faizi, həkimlərin isə 63 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Bu isə o deməkdir ki, qadınlarımız istər ailədə, istərsədə dövlət işlərində heç də kişilərdən geri qalmırlar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, həyatın elə sahələri var ki, qadınların rəhbərlikdə, idarə etmədəki şəxsi nümunəsi örnək kimi qəbul edilir: "Bu mənada, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də ölkəmizdən kənarda apardığı çox böyük ideoloji işlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə, Azərbaycan qadınının böyük potensiallara malik olmasına əyani sübutdur".
Məruzə ətrafında Şəmkir rayon Təhsil şöbəsində metodist, əməkdar müəllim Sona Əliyeva, Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Roza Orucova və başqaları çıxış edərək, qadınlara göstərilən diqqət və qayğıdan, rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən danışdılar.
Konfransın sonunda Azərbaycan qadınlarının IV qurultayına Şəmkir rayonundan 34 nəfər nümayəndə seçildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB