Ötən ilin yaddaqalan hadisələrindən biri də Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın "müsavat.tv.com" saytında yayımlanan intim görüntüləri oldu. Maraqlıdır ki, Azərbaycanın aparıcı qəzetləri bu barədə məqalə yazandan sonra jurnalistin səsi məhkəmə zallarından, xarici təşkilatlardan, beynəlxalq konfranslardan eşidilməyə başlandı. Çalışdığı "Azadlıq Radiosu" onun piarının qurulması üçün bütün resurslarını onun ixtiyarına verdi. Amma xanım jurnalist bircə dəfə də olsun "müsavat.tv.com" saytının adını belə çəkmədi, onu məhkəməyə vermədi. X.İsmayılovanın hakimiyyəti bu məsələdə ittiham etməsindən sonra cəmiyyətdə belə bir fikir formalaşdı ki, görüntüləri ilk dəfə yayan "müsavat.tv.com" saytı ilə X.İsmayılovanın bir bağlantısı var. Hədəf isə hakimiyyətdir.
Bu məlumatı qəzetlərin, xəbər agentliklərinin çoxu öz səhifələrində yerləşdirdi. Amma Azərbaycanın aparıcı mətbuat orqanlarından biri - "Səs" isə onun hədəfinə tuş gələn qəzet oldu. Halbuki, "Səs" qəzeti məlum məlumatı sadəcə olaraq dərc edib, istehsalçısı olmayıb.
Bu günlərdə artıq üçüncü məhkəmə prosesi başa çatıb. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsini əsas gətirərək hər kəsin öz fikrinin ifadə etməkdə azad olduğunu bildirib. Subutların yetərli olmadığını əsas gətirən məhkəmə "Səs" qəzetinə qarşı qaldırılmış 50 min manatlıq təzminat təmin edilməyib. Qərarda bildirilir ki, İsmayılova Xədicə Rövşən qızının "Səs" qəzetinə qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi haqda iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB