Qənirə Paşayeva "Həyata Küsmə" albomunun satışından əldə olunacaq vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı
"Həyata Küsmə"

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb. SİA-nın məlumatına görə, onlardan biri sözləri Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar artisti Elza Seyidcahana məxsus olan "Həyata küsmə" albomudur. Alboma 11 mahnı daxildir. Ayrıca bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır. Mahnıları Azərbaycanın Əməkdar artisti Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər. Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nın dəstəyi və təşkilatçılığı ilə işıq üzü görən albomun təqdimat mərasimi martın 6-da Muğam Klubda (Qız Qalasının yanında) keçiriləcək. Həmin gün saat 18.00 da isə Park Bulvarda imzalanma mərasimi olacaq . Millət vəkili Qənirə Paşayeva bu albomun satışından əldə olunan bütün gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə