Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabitlərin ailələrinin Azərbaycandan çıxarılması prosesi başa çatmaq üzrədir. SİA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin şəhərcikdə yaşayan zabit və gizir heyətinin ailələrinin böyük hissəsi artıq Rusiyaya yola salındıqdan sonra hazırda hərbi şəhərcikdə 100-ə yaxın zabit ailəsi qalıb.
Bildirilib ki, şəhərcikdə məktəb istisna olmaqla, uşaq bağçası və bir sıra digər sosial infrastrukturlar fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar olaraq Rusiya tərəfi ötən ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Hazırda stansiyanın inventarının siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB