Erməni tələbələrin izdihamlı mitinqi baş tutub

Erməni tələbələrin izdihamlı mitinqi baş tutub

Bu gün Ermənistanın paytaxtında İrəvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə izdihamlı etiraz aksiyası keçirilir. SİA-nın erməni mənbələrindən aldığı məlumata görə, tələbələr universitet rektorunun köməkçisi Gevorq Melkonyanın istefasını tələb ediblər.

Tələbələrin meydanlara çıxmasına səbəb keçən mitinq zamanı Melkonyanın öz tərəfdarlarına "axalkalakili oğlanlarından ibarət ordu, hücuma" deyərək onları tələbələrlə savaşa girməyə məcbur etməsi göstərilir.

Tələbə etirazına ikinci səbəb isə prezident seçkilərində baş verən total qanun pozuntuları və bunun məntiqi yekunu kimi Sarkisyanın ikinci dəfə hakimiyyəti qanunsuz yolla ələ keçirməsidir. Mitinqçilər bu dəqiqələrdə Ermənistan Konstitusiya Məhkəməsinin önündə aksiyalarını davam etdirirlər. Siyasi partiyalardan da onlara dəstək verənlər az deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə