Astarada rayon qadınlarının konfransı keçirilib

Astarada rayon qadınlarının konfransı keçirilib

Rayon İcra Hakimiyyətinin akt zalında rayon qadınlarının konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə konfransda şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Qadınlar Şurası sədrləri və fəal üzvlər iştirak ediblər.

Tədbiri açan İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfrans nümayəndələrini salamlayaraq giriş nitqi söyləmişdir. Qeyd etmişdir ki, qadın və ananın cəmiyyətimizdəki roluna toxunub. Bildirib ki, bu gün Azərbaycan qadını həyatın bütün sahələrində öz xalqına yüksək xidmət göstərir, ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə geniş miqyaslı fəaliyyəti buna bariz nümunədir. O, yüksək mədəniyyəti, elmi, intellekti ilə xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün böyük işlər görür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti də bizdə hədsiz qürur hissi doğurur. "Xocalıya Ədalət" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirdiyi tədbirlərdə Leyla Əliyeva əsl vətənpərvərlik nümayiş etdirərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmət göstərir.

Respublika Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva konfransda çıxış edərək müstəqil dövlətimizin uğurlu inkişafını, dünya dövlətləri sırasında xüsusi mövqeyi ilə seçildiyini, bu nailiyyətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla davam etdiyini qeyd edib.

Çıxış edənlər ölkədə aparılan abadlıq-quruculu işlərinin geniş vüsət aldığını, qadınların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıblar.

Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçilmiş, konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə