Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir. Nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında martın 4-də hava arabir yağıntılı olacaq. Bəzi ərazilərdə sulu qar, dağlıq ərazilərdə isə qar yağacaq. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə