Şahdağ Qış Yay Turizm Kompleksinə turist axını başlayıb. Yanvar ayının 19-dan bu günədək 26 000-nə yaxın yerli və xarici turist gəlib. Azərbaycanda paytaxtda və bölgələrdə qışın mülayim və qarsız keçməsi Qusardakı Şahdağ Qış Yay Turizm Kompleksinə turist axınını daha da artırıb.
Qusarın başqa ərazilərində qar görmək mümkün olmasa da Şahdağ Qış Yay Turim Kompleksin ərazisində və qar xizək meydançasında 10 sm-dən artıq qar var və bu gün turistlərin çoxluqu burada müşahidə olunur.
İstirahətə gələn hər bir kəs ilk öncə informasiya mərkəzinə yaxınlaşır. Burada turistlərə müəyyən məlumatlar verilir. Əgər kanata minmək istəyirsənsə bu zaman bir gün üçün 20 manat, yarım gün üçün isə 10 manat ödəməlisən. Uşaqların kanatda gəzintisi isə bir günə 15 manata başa gəlir. Kompleksin qar meydançasında xizək sürmək istəyənlərin isə yollarını xizək, geyim və avadanlıqları satılan mağazadan almalıdırlar. Burada xüsusi blank dolduran turistlər qeydiyyat şöbəsində qeydə alınırlar.
Qeydiyyat şöbəsində qeydə alınandan sonra xizək sürmək üçün xizək, dəbilqə, şalvar və gödəkçədən ibarət xüsusi geyimə 33 manat ödəməlisən. Xüsusi təhlükəsizlik geyimi olmadan qarda sürüşmək isə bir günlüyə xizək 14 manata icarəyə verilir. Beləliklə bir nəfərin gün ərzində kanat və xizək xidmətindən istifadə xərci 53 manat təşkil edir. Buraya yol və yemək xərclərini də daxil etsək paytaxtdan Şahdağa gəlib dincəlmək turistə orta hesabla 100-120 manata başa gəlir.
Həvəslə qarda sürüşən yerli və xarici turistlər isə qiymətlərdən razı olduqlarını bildirdilər. Bu kompleksə Azrəbaycanın hər yerindən sifarişlə turistlər gəlir. Avtobuslarda olan turistlər bildirirlər ki, onları şirkətlər öz hesablarına göndəriblər.
Xarici mütəxəsislərdə bu turizm kompleksində turistlərə xidmət göstərir. Afrikalı mütəxəsis xizəklər satılan bölməsində xidmət göstərir. "Burada gördüyüm kimi istifadə olunan bütün aksesuarlar və avadanlıqlar son texnologiya avadanlıqlarıdır. Ailə tərkibində istirahət etmək çox gözəl yerdir. Xaricdə Dubayda olmuşam, Kaşmirdə olmuşam yəni bu ölkələrnən müqayisədə bura daha gözəl daha möhtəşəmdir", - deyə bildirir.
Turizm kompleksində böyüklərlə yanaşı azyaşlı uşaqlarda istirahət edir. Uşaqlar heç qorxmadan çəkinmədən kanata minir və dağın başından xizəklə çox rahatlıqla sürüşürlər.
Şahdaq Qış-Yay turizm Kompleksinin ən maraqlı yeri isə kanatla gedib xizəklə sürüşməkdir. Bölgə müxbirimiz ilk dəfə xizəklə sürüşmək istəsə də ancaq sürüşərkən dəfələrlə yıxılıb. Ancaq sonuncu dəfə xizəyi elə digər xizəksürənlər kimi idarə edib.
Kompleksə xüsusi uşaq bağçasında fəaliyyət göstərir ki, valideyinlər qar gəzintiləri zamanı körpələrini bir neçə saatlıq bağçadakı tərbiyyəçilərə etibar edə bilərlər. Kompleksdə müasir avadanlıqlarla təchiz edilən həkim məntəqəsidə var ki burada zəruri hallarda turistlərə ilk tibbi yardım göstərilir.
Qeyd edək ki Şahdağ Qış Yay Turizm Kompleksinin yanvar ayının 19 dan rəsmi açılışından indiyədək bura 26 000-ə yaxın yerli və xarici turist gəlib.
Emin Kərimov, Qusar
P.S. Xizəkdə ayağım da bərk əzilib. İndi yataq xəstəsiyəm. 1 həftə özümə gələ bilsəm böyük şeydir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB