Paytaxtda isti hava hökm sürəcək

Paytaxtda isti hava hökm sürəcək

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən cənub küləyi günün ikinci yarısında bəzən güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumat görə, havanın temperaturunun gecə 3-6, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə