AMEA-nın əməkdaşları Türkiyədə

AMEA-nın əməkdaşları Türkiyədə Xocalı soyqırımının anım tədbirlərində iştirak ediblər
AMEA-nın əməkdaşları Türkiyədə

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı qardaş Türkiyədən növbəti elmi ezamiyyətdən qayıdıblar. AMEA-dan SİA-ya verilən məlumata görə, Xocalı soyqırımının anım günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfər edən institutun əməkdaşları AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Qasım Hacıyev, İlqar Niftəliyev Ankara, Samsun, Girəsun, Elazığ, Qızılca Hamam və başqa şəhər və yaşayış məntəqələrində, universitetlərdə, bələdiyyələrdə məruzələrlə çıxış ediblər. Məruzələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, Xocalı soyqırımı və onun dəhşətli nəticələri barədə Türkiyə ictimaiyyətinə ətraflı məlumat verilib.

Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə