Roma Forumunun qeydiyyatının bitməsinə 3 gün qaldı

Roma Forumunun qeydiyyatının bitməsinə 3 gün qaldı

Azərbaycan hökümətinin dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək növbəti ASAIF Roma forumuna müraciət edən tələbələrin sayı artıq 700-ü keçib. ASAIF-in forumlarının ən böyük və möhtəşəmi ASAIF-in Roma forumunun Strasburq, Budapeşt və Vyana forumlarından önəmli dərəcədə fərqləndiyini vurğulamaq məqsədə uyğundur. İlk növbədə, ASAIF-in Roma forumu təşkilatın xaricdəki ilk qlobal forumudur. Çünki əvvəlki forumlarda əsas prioritet Avropada təhsil alan tələbələrə verilirdisə, indi bu hüquq bərabər paylanaraq forum Amerika, Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikası daxil olmaqda dünyanın hər yerində təhsil alan tələbələrə iştirak haqqını verir. Bununla bərabər bundan öncəki forumlarda iştirakçıların sayı 250-dək idisə, Roma forumunda iştirakçı sayı 350-dək olacaq. Artıq Yaponiya, Cənubi Koreya, Çin, Avstraliya, ABŞ və Avropa ölkələrindən müraciət olub.

Forumun əsas fəlsəfəsi cənab Prezident İlham Əliyevin 21 aprel 2011-ci il tarixdə gənclərlə görüşdə səsləndirdiyi "Biz çox istəyirik ki, gənclərimiz peşəkar, bilikli həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır" fikri olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə