Moskva meriyası Xocalı ilə bağlı aksiya keçirmək istəyən Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatının müraciətini mənfi cavablandırıb. SİA-nın məlumatına görə, Moskva hökuməti martın 3-nə təyin olunan Xocalı ilə bağlı aksiyanın keçirilməsinə razılıq verməyib. Səbəb kimi isə bildirilib ki, belə bir aksiyanın keçirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır.
Xatırladaq ki, AYİD fevralın 24-də Moskvanın "Yauziskie vorota" meydanda Xocalı ilə bağlı aksiya keçirmək üçün Moskva hökumətinə müraciət edib. Meriya əvvəl aksiyanın keçirilməsi barədə razılıq məktubu göndərsə də, sonradan qərarını dəyişərək, razılığı ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB