Gəncəyə yeni "Pejo" taksilər gəlir

Gəncəyə yeni "Pejo" taksilər gəlir

"Gəncə şəhərinə 500-ədəd yeni "Pejo" markalı taksilər gətiriləcək". SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu barədə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

İcra başçısı qeyd edib ki, yeni avtomobillər taksi sürücülərinə paylanacaq: "Bu avtomobilləri idarə edən şəxslərə xüsusi geyimlərin verilməsi də nəzərdə tutulur. Məqsəd əhaliyə nəqliyyat sahəsində də nümunəvi xidmət göstərməkdir"

Bundan əlavə, şəhərin ictimai nəqliyyat sisteminə 30-dək yeni sərnişin avtobusu buraxılacaq deyən, icra başçısı bildirib ki, artıq razılıqlar əldə olunub, müqavilə imzalanıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə