Kor və zəif görənlər üçün pulsuz tibbi aksiya FOTO

Kor və zəif görənlər üçün pulsuz tibbi aksiya FOTO

Bu gün kor və zəif görənlər üçün 5 nömrəli respublika internat məktəbinin bir qrup şagirdlərinin tam tibbi müayinə edilməsi aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiya Nərimanov rayon Gənclər və İdman İdarəsi və "Təkan" Tələbə Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan- İsrail Beynəlxalq Tibb Mərkəzində baş tutub.

Aksiyanı açıq elan edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi, gənclərin sağlamlığının qorunmasıdır.

Daha sonra çıxış edən Tibb mərkəzinin direktoru Səbinə Əlizadə bildirib ki, İsrailin tibb mərkəzi Azərbaycanda ilk dəfədir: "Bu kimi layihələrdə iştirak etmək olduqca vacibdir. Bu gün həyata keçirilən aksiyada bütün müayinələr pulsuz olacaq".

Çıxışlardan sonra aksiya iştirakçıları olan gənclər tibbi müayinədən keçiblər.

Qeyd edək ki, aksiya "Azərbaycan gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramının 6.6 "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi" bəndinə uyğun olaraq həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə