Paytaxtda içməli suya məhdudiyyət qoyuldu

Paytaxtda içməli suya məhdudiyyət qoyuldu

Bu gün Bakınin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA-nın məlumatına görə, "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Elə bu səbəbdən də Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə