Gəncədə 2012-ci ildə əldə olunan nəticələr və cari ildə həyata keçiriləcək tədbirlər planı geniş müzakirə olunub. SİA-nın Qərb bürosu xəbər verir ki, hesabat müşavirəsində şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elmar Vəliyevlə yanaşı millət vəkilləri də iştirak edib. İcra başçısı bildirib ki, ötən ilin yekunana əsasən Gəncə şəhərində ümumdaxili məhsulun həcmi 45.8% və yaxud 210.7 mln manat təşkil edib. 2012-ci ildə orta hesabla bir nəfərə düşən ümumdaxili məhsulun həcmi 2 min 249 ABŞ dolları təşkil edib. Gəncə şəhərində iri və xırda müəssisələrdə yeni istehsal sahələrinin açılması istehsal həcminin artımına və yeni iş yerlərinin yaranmasına səbəb olub. Son bir il ərzində ümumilikdə 160.5 min nəfərin məşğulluğu təmin olunub. Hesabat müşavirəsində diqqətə çatdırılıb ki, qeyri-bank kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 208 mln 636 min manat kredit verilib. Enerji, qaz, su, kanalizasiya və rabitə infrastrukturunun yenidən qurulması yönümündə atılacaq addımlar, həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verilib.
Hesabat yığıncağında həmçinin diqqətə çatdırılıb ki, 2012-ci ildə müraciətlər 11, şikayət xarakterli məktubların sayı ilə 18% azalıb. Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin müraciət, şikayət və təklifləri nəzərə alınmaqla yaranan problemlərin həlli ilə bağlı bundan sonrada aidiyatı orqanların rəhbərləri tərəfindən işlər həyata keçiriləcək.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB