İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçiriblər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai, Qaradağ, Abşeron, Sabunçu rayonlarında, eləcə də Sumqayıt, Xırdalan, İmişli, Kürdəmir, Şəmkirdə saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 460 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB