BMT-nin baş latibi Pan Gi Mun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə dəstək verdiyini bildirib.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər, həmçinin BMT-nin gündəliyində olan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Suriyada baş verən hadisələrin müzakirəsi zamanı tərəflər dinc əhalinin, o cümlədən suriyalı ermənilərin problemlərinə toxunublar.
E.Nalbandyan, həmçinin Vyanada ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb. Həmsöhbətlər ATƏT-in gündəliyindəki məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB