Hücuma məruz gənclər danışdı

Fransa parlamentinə toplantıda iştirak etmək üçün gedən Mirvari Fətəliyeva və Vüsal Hüseynov ağıllarına belə gətirməzdilər ki, sivil bir ölkənin parlamentində təhqir və zorakılığa məruz qalacaqlar. Fransa milli assambleyasında erməni Diaspor nümayəndələrinin hücumuna məruz qalan həmvətənlilərimiz baş verənlərin təfərrüatlarını mediaya açıqlayıblar. Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyir ki, tədbirdə iştirak etmək üçün bir gün əvvəlcədən müraciət ediblər və məqsədləri Sumqayıt hadisələri barədə Erməni diaspor nümayəndələrini fikrini öyrənmək, sivil şəkildə diskusiyada iştirak etmək olub. Amma bu cür reaksiya ilə qarşılaşacaqlarını gözləməyiblər.

30-40 nəfər erməni millətçilərinin zərbələrindən həmvətənini qorumağa çalışan azərbaycanlı tələbə Vüsal Hüseynov isə deyir ki, tədbir ərzində ermənilər daim sülh istədiklərini yalnız Azərbaycan tərəfinin bununla razılaşmadıqlarını bildirib. Toplantı bitdikdən sonra isə özlərinin nə qədər sülhsevər olduqlarını nümayiş etdiriblər.

Mirvari Fətəliyeva və Vüsal Hüseynovu ən çox təəccübləndirən isə bütün bunların Fransa parlamentinin senat və deputatlarının gözü qarşısında baş verməsi və onların insidenti sadəcə seyirçi kimi izləməsi olub.

Baş verənlərə hüquqi qiymətin verilməsi üçün Frnasa jandarmeriyasında təhqiqat aparılır. Bu gün tədbir iştirakçıları istintaqa çağrılıblar. Hadisə iştirakçıları ermənilər də bu gün istintaqa ifadə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə