ATƏT-in Bakı ofisinin qarşısında aksiya keçiriləcək

ATƏT-in Bakı ofisinin qarşısında aksiya keçiriləcək

Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fransada azərbaycanlı tələbələrin döyülməsi ilə əlaqədar bu gün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin qarşısında aksiya keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saat 17:00-da ATƏT-in Bakı ofisinin qarşısında toplaşacaq tələbə-gənclər azərbaycanlı tələbələrin Fransada təhlükəsizliklərinin təmin olunmasını və baş vermiş hadisə ilə bağlı rəsmi Parisin açıqlama verməsini tələb edəcəklər. Aksiya bu məqsədlə hazırlanmış xüsusi qətnamənin oxunulması ilə yekunlaşacaq.

Qeyd edək ki, ümumilikdə aksiyada 300-ə yaxın tələbə-gəncin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə