Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 2003-cü ildə Bağdadda vəzifə borclarını yerinə yetirərkən partlayışda həlak olan BMT işçisini yad etmək məqsədilə "Reham Al-Farranın xatirəsinə həsr edilmiş jurnalistlər üçün təqaüd proqramını" təsis etmək barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, təqaüd proqramında aşağıdakı tələblərə cavab verən jurnalistlər iştirak edə bilərlər:
1. 22-35 yaş arası olmalı;
2. Hər-hansı media qurumunda fəaliyyət göstərməli; Müstəqil (freelance) fəaliyyət göstərən jurnalistlər, tərcüməçilər və BMT işçiləri müraciət edə bilməzlər.
3. İngilis dilini həm yazılı, həm də şifahi şəkildə səlis bilməli;
4. Jurnalistika səhəsində bir neçə il təcrübəyə malik olmalı və BMT-nin gördüyü işlərlə yaxından maraqlanmalıdırlar.
Qeyd edək ki, proqram haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün nəzərinizə üç sənəd çatdırırıq. Göstərilən tələblərə uyğun gələn və proqramda iştirak etməyə maraqlı olan jurnalistlərdən doldurulmuş müraciət forması, yazdıqları üç məqalə (və ya məqaləyə keçidi), pasportlarının və diplomlarının nüsxəsini və iş yerindən məktubun skan edilmiş variantını j[email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB