Qida təhlükəsizliyi kitablarda

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda qida təhlükəsizliyinin inkişafında zəruri rol oynayan yeni qida təhlükəsizliyi üzrə təlimat kitablarını təqdim edib. Tədbirdə USAİD-in nümayəndələri, dövlərt qurumlarının və özəl sektorun nümayəndələri iştirak edib. USAİD-in nümayəndəsi Aytən Qəhrəmanova bildirb ki, "Ət emalı, Meyvə-Tərəvəz emalı, Süd emalı üəssisələrində NACCP Sisteminin Tətbiqi üzrə Təlimat" adlanan kitablar qeyd edilən qida təhcizatı zənciri iştirakçılarına ən qabaqcıl qida təhlükəsizliyi təcrübələrini təqdim edəcək: "Azərbaycan və rus dillərində hazırlanan kitablar ət, süd, və meyvə-tərəvəz emalı ilə məşğul olan müəssisələrdə HACCP sisteminin inkişafı və tətbiqi üçün qabaqcıl təlimatlar formasında hazırlanıb. Kitablar həmçinin Gəncə Dövlət Aqrar Universitetinin kurrikulumuna daxil edilərək tədricən tam bir kusr formasına salınacaq".

Tədbirdə qeyd edilib ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında" da ölkənin yalnız kifayət həcmində deyil, həm də yüksək keyfiyyətdə və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyəti dəfələrlə vurğulanıb. Dövlət proqramı məxsusi olaraq qida emalı sektorunda keyfiyyətin idarə edilməsi sisteminin tərbiqi üçün normativ hüquqi bazanın yaradılmasına və HACCP sisteminin tətbiqi üçün hüquqi çərçivənin yaradılmasının zəruriliyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə