"Martın sonunda dövlət qulluğuna qəbulla bağlı yeni elan veriləcək"

"Martın sonunda dövlət qulluğuna qəbulla bağlı yeni elan veriləcək"

"Dövlət qulluğuna qəbul daim təkmilləşdirilir və hazırda qəbul prosesi müsahibə mərhələsində davam edir". SİA-nın xəbərinə görə, bunu Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

O deyib ki, martın sonunda dövlət qulluğuna qəbulla bağlı yeni elan veriləcək: "Bu qəbul mərkəzləşdirilmiş şəkildə keçirilir, hər bir şəxs imtahan vermək üçün Bakıya gəlirdi. İndi əsas məqsədlərdən biri ondan ibarətdir ki, vətəndaşların rahatlığı üçün elektron sistemlərdən istifadə edərək belə imtahanlar regionlarda da təşkil olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə