"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi Fransada azərbaycanlı gənclərin döyülməsi hadisəsinə münasibət açıqlayıb
Müraciətdə deyilir: "Dünən erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdiyi tədbirdə Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi xəbəri Azərbaycan vətandaş cəmiyyəti sektoru mənsubu və işğaldan əziyyət çəkən ölkənin vətəndaşı olaraq bizlərdə böyük hiddət və təəssüf hissi doğurmuşdur. Sivil norma və dəyərləri fəaliyyətində rəhbər tutan bir QHT olaraq XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımının ildönümü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransadan, onun qanunverici orqanından obyektiv münasibət gözlədiyimiz bir gündə iki azərbaycanlı gəncin klassik erməni vəhşiliyi ilə üz-üzə qalması və bunun fransız parlamentarinin gözü qarşısında və iştirakı ilə törədilməsi ümumbəşəri dəyərlərə və ifadə azadlığına böyük qəsd hesab edilməlidir. Daim tolerantlığın təbliğatçısı olan Fransada meydana gələn bu hadisənin son vaxtlar Avropada irqçilik və islamafobiyanın artması fonunda baş verməsi düşündürücüdür. Ümid edirik ki, qısa zaman kəsiyində Fransa hüquq mühafizə orqanları bu vəhşi hadisənin günahkarlarını məsuliyyətə cəlb edərək qanunin aliliyi prinsipinə sayğılarını göstərəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə