Paytaxta yağış yağacaq

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin gecə və səhər dumanlı, çiskinli, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə