“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı elmi - praktiki konfrans keçirəcəklər.

ATGT-dan SİA-ya verilən məlumata görə, konfransda FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, ATGTİ-nin sədri Şahin İsmayilov, ADNA-nın prorektoru Qasım Məmmədov, akademiyanın müəllim - tələbə heyəti və FHN-nin Regional Mərkəzinin əməkdaşları iştirak edəcəklər.

Konfrans çərçivəsində tələbə - gənclər zəlzələ, daşqınlar və s. təbii fəlakətlər zamanı nə etməli mövzusunda maarifləndirəcək, kimya və ya radiasiya təhlükəsindən qorunma metodları ilə tanış olacaqlar.

Qeyd edək ki, bu ATGTİ-nin FHN-nin Bakı Regional Mərkəzi ilə keçirdiyi sayca 5-ci belə tədbirdir. Bu günə qədər analoji elmi-praktiki konfranslar Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Tibb Universitetində keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə