Quş satışına nəzarət gücləndirilib FOTO

Quş satışına nəzarət gücləndirilib FOTO

Məlum olduğu kimi Dövlət Baytarlıq İdarəsi tərəfindən ölkə ərazisində diri quş satışına qoyulan qadağa aradan qaldırılmayaıb. Buna baxmayaraq ölkənin ikinci böyük şəhərinin bazarlarında quş satışı ilə məşğul olanların sayı kifayət qədərdir. Bəzi hallarda nəzarətsiz gətirilən toyuq və hind quşları müştərilərə satılmaqdadır. Əsasən ətraf bölgələrdən gətirilən məhsullar açıq şəkildə satışa çıxarılır. Gəncə şəhər Baytarlıq İdarəsindən məsələ ilə bağlı SİA-nın qərb bürosuna bildirilib ki, kəsilmiş halda quş əti satılması rəsmi icazə sənədi ilə həyata keçirilir. Diri quşların satılmasına gəlincə isə idarə rəisi Bayandur Rzayev qeyd edib ki, bu heyvanlar laboratoriyadan keçirildikdən sonra satışına icazə verilir:"Düzdür Dövlət Baytarlıq İdarəsi tərəfindən Gəncə şəhərində diri quş satışına qadağa qoyulub. Buna baxmayaraq Gəncə şəhərində belə hallar var, diri quşlar satılır. Lakin biz bu quşları laboratoriyalarda yoxlamadan sonra satışına icazə veririk".

Sözügedən məsələ tək aidiyatı orqanları narahat etmir. Elə bazar rəhbərliyi də belə halların aradan qaldırılmasının tərəfdarıdır. Baxmayaraq şəhərin mərkəzi bazarı Gəncə Bazar ASC-nin nümayəndələri tərəfindən aidiatı orqanların rəsmiləri ilə mütamadi yoxlamalar aparılır, yenə də sözügedən problemin qarşısını hələki almaq mümkün deyil.

"Dəfələrlə aidiyatı orqanların nümayəndələri ilə yorxlamalar keçirib quş məhsullarının satışını yığışdırmışıq. Ancaq bu halları tam aradan qaldırmaq mümkün olmur. Ətraf rayonlardan gətirilən məhsullar bazarın nəzarətçiləri gözdən itən kimi yenidən satışa çıxarılır",- deyə bazar rəsmisi Turab Ələkbərov vurğulayıb.

Bütün bu açıqlamaların fonunda isə diri quş satışı davam etdirilməkdədir. Satıcılarla aidiyatı orqanın nümayəndələri arasında narazılıq halları getdikcə dərinləşsədə hələlik məsələ açıq olaraq qalır.


Bütün xəbərlər Facebook səhifəmizdə